“Biz onu zorla tutub burada saxlamayacağıq”

18 May 2022 23:20 Səbail 1 099
“Biz onu zorla tutub burada saxlamayacağıq”

“Ona təkliflərin olmasından xəbərdarıq, özü də bu haqda bizə bildirib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bayıl klubunun müdafiəçisi Camal Araqo klubun yeni müqavilə təklifini qəbul etməyib.

Liberiya yığmasının üzvü Azərbaycanı tərk eləməyə hazırlaşır. Afrikalı legioner bunu “dənizçilər“in rəsmi şəxsləri ilə görüşündə bildirib.

Araqo Türkiyənin I Liqasından və Polşanın Birinci Divizionundan ona dəvət gəldiyini söyləyib. Avropada özünü göstərmək istədiyini deyən arxa xətt oyunçusu Premyer Liqamızın onu əvvəlkitək özünə çəkmədiyini etiraf edib.

Hacıyevin bildirdiyinə görə, Araqonun məsələsinə yaxın günlərdə aydınlıq gələcək:

“Onun müqaviləsi bitmək üzrədir. Burada əsas fikir Araqonun özünündür. Azərbaycanı tərk etmək istəsə, biz onu zorla tutub burada saxlamayacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"