"Səbail" axtardığını "Qarabağ"da tapdı

17 Yanvar 2022 19:20 Səbail 1 545
"Səbail" axtardığını "Qarabağ"da tapdı

Kamran Ağayevin karyerasını başa vurmasından sonra "Səbail" çətin durumla üz-üzə qalıb.

Belə ki, Ağayevin yoxluğunda komanda faktiki yalnız Elxan Əhmədovun ümidinə qalıb.

Təbii ki, bu mənzərə baş məşqçi Aftandil Hacıyevi razı sala bilməz. Yeni qolkiper axtarışları isə davam edir.

Bu dəfəki hədəf "Qarabağ"ın gənc üzvü Amin Ramazanovdur. Bayıl təmsilçisi heç olmasa yaya kimi onu icarəyə götürməyə çalışır.

Moskva "Lokomotiv"nin yetirməsi olan çərçivəsi qoruyucusu ötən ilin yayından "Qarabağ"da çıxış edir.

18 yaşlı qapıçı həm də Azərbaycanın U-19 millisinin üzvüdür. Amin hazırda "ağdamlılar"ın Türkiyə toplanışında iştirak edir.

Hətta "Qaz Metan"la bərabərə başa çatan (0-0) yoldaşlıq görüşünün ilk hissəsində "Qarabağ"ın qapısını Ramazanov qorumuşdu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti