"Artıq qələbə qazanmaq, xal yığmaq lazımdır" - Əfran İsmayılov

13 Oktyabr 2021 22:40 Səbail 636
"Artıq qələbə qazanmaq, xal yığmaq lazımdır" - Əfran İsmayılov

"Fasilədə hazırlığımız davam edir. Son turlar məğlub olmuşuq. Artıq qələbə qazanmaq, xal yığmaq lazımdır".

Bunu Sportinfo.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Mövsümə gözlənilmədən uğurlu başlayan paytaxt təmsilçisi son 3 turda xal üzünə həsrətdir.

Qarşıdakı turda rəqib isə son iki oyunda məğlub olmayan "Keşlə" olacaq.

İsmayılov bu oyunda yaxşı nəticə qazanacaqlarına ümid etdiyini bildirib: "Növbəti tur evdə "Keşlə" ilə qarşılaşacağıq.

Rəqib hazırda formada olan, yüksəlişdə olan komandadır. Öz oyunlarını yavaş-yavaş tapmağa başlayıblar. Gərgin və maraqlı oyun olacaq. Qələbə qazanmağa çalışacağıq".

Təcrübəli oyunçu "Qəbələ"yə ağır məğlubiyyətdən (5-0) sonrakı turlarda demək olar şans qazanmamasını belə əlaqələndirib: "Özümün az oynamağına gəlincə, bu, zədəmlə bağlıdır.

Dizimdə ağrılar hiss edirəm. Bir müddətdir müalicə olunuram. Son məşqlərimi komanda ilə etməyə başlamışam. Baş məşqçi şans versə oynayacam. Amma dizimdə ağrılar hələ də var".

Digər Xəbərlər
Xəbər Lenti