Azərbaycan yığması Premyer Liqada çalışan baş məşqçini necə dilxor etdi? - FOTO

09:40 II Divizion 241
Azərbaycan yığması Premyer Liqada çalışan baş məşqçini necə dilxor etdi? - FOTO

Azərbaycan UEFA Millətlər Liqasında cari mövsüm ilk qələbəsini qazanıb.

Ayxan Abbasovun baş məşqçi olduğu komanda Bakıda Litvanı qəbul edib.

8-ci km stadionunda baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqib qapısından keçirib.

«Sabah»ın baş məşqçisi Valdas Dambrauskas matçı izləyənlər arasında yer alıb. O, həmyerlilərini dəstəkləmək məqsədilə arenaya təşrif buyurub.

Tək yox, ailə üzvləriylə bərabər. Litvanın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə VİP-lojada əyləşən mütəxəssis sonadək stadionu tərk etməyib.

Ümumiyyətlə, litvalı çalışdırıcı 2 gün ərzində onları tək buraxmayıb.

Ötən ilin yayından bəri ölkəmizdə işləyən mütəxəssis həm millinin qaldığı otelə baş çəkib, həm də oyunöncəsi məşq prosesini izləyib, həmkarı Edqaras Yankauskasla görüşüb, öz məsləhətlərini verib.

Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də Lixtenşteynə qarşı keçirəcək. Əgər komandamız bu səfər mücadiləsindən də 3 xalla ayrılsa, D Liqasının ikinci qrupunu birinci yerdə bitirəcək.

SPORTİNFO.AZ

Azərbaycan yığması Premyer Liqada çalışan baş məşqçini necə dilxor etdi? - FOTO

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"