«Turan Tovuz»un İdarə Heyətinin həftələrdir gözlənilən iclasının vaxtı dəqiqləşib.
Rəhbərlik sabah Bakıda bir araya gələcək.
Yığıncağın gündəliyi genişdir. Burada növbəti müddətə kluba kimin başçılıq edəcəyi bəlli olacaq.
Axır 2-3 həftədə yayılan xəbərlərə görə, Ehtiram Quliyev sədr vəzifəsindən ayrılacaq. 2022-ci ilin martında Tovuz təmsilçisini himayəyə götürmüş, həmin ilin iyununda sədr postuna əyləşmiş iş adamının gedişi gözlənilir.
Bu da komandanın hakimlər vasitəsilə sıxışıdırılması ilə əlaqələndirilir.
İddialara görə, tikinti sektorunda fəaliyyət göstərən biznesmen bu münasibətə etiraz əlaməti olaraq klubun üzərindən əlini çəkməyə hazırlaşır. Onunla bərabər, İdarə Heyətinin tam tərkibdə istefa verməsi gündəmdədir.
Bu xəbərlər bir müddətdir yayılsa da, hələlik rəsmi səviyyədə təkzib edilməyib. Demək ki, od olmayan yerdən tüstü çıxmaz.
Nəsə ciddi bir şeylər var ki, heç kim dinmir, «yox» demir. Hər halda çox qalmayıb, oktyabrın 7-də bilinəcək ki, söz-söhbətin içində nə var, yox.
SPORTİNFO.AZ
