Qara dənizdə vurulan gəmi Mübariz Mənsimova məxsusdur? - VİDEO

13:20 Hadisə 93
Qara dənizdə vurulan gəmi Mübariz Mənsimova məxsusdur? - VİDEO

Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb.

Sözügedən gəminin ”Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimova məxsus olduğu iddia edilir.

Sportinfo.az xəbər verir ki, bu barədə AZTV-nin hücumla bağlı hazırladığı materialda bildirilir.

Qeyd olunub ki, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov”un ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir.

“Palmali” şirkətlər qrupunun təsisçisi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovdur.

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti