Azərbaycanlı hücumçu 1 il də qaldı – Öz klubunda

16 İyul 2021 00:56 Səbail 1 109
Azərbaycanlı hücumçu 1 il də qaldı – Öz klubunda

“Səbail” Mirsayib Abbasovla müqavilənin müddətini artırıb.

Sportinfo.az xəbər verir ki, anlaşmaya əsasən, 28 yaşlı hücumçu daha 1 il "dənizçilər"in formasını geyinəcək.

"Səbail" buna kimi bütün legionerləri ilə vidalaşıb. "Dənizçilər" son olaraq Cənubi Afrika Respublikasından olan yarımmüdafiəçi Hendrik Ekşteynlə əməkdaşlığa son qoyub.

30 yaşlı legionerin başa çatan müqaviləsi yenilənməyib.

Bayıl təmsilçisi ondan öncə qapıçısı Nikolas Hagenlə yollarını ayırıb.Qvatemalalı qolkiperin başa çatan müqaviləsi uzadılmayıb.

2020/2021-ci il mövsümündən “Səbail”in formasını geyinən Hagen 27 oyunda meydana çıxıb. O, bu görüşlərin 6-da qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!