Elxan Məmmədov bu iki təyinata razı olmadı

20 İyun 2021 17:40 Səbail 1 332
Elxan Məmmədov bu iki təyinata razı olmadı

Dünən xəbər verdiyimiz kimi, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov gözlənilməz təkliflə çıxış edib.

O, yenidən aktif futbol həyatına dönmək istəməsi barədə federasiya rəhbərliyinə müraciət ünvanlayıb.

Uzun illər millidə və müxtəlif klublarda çalışmış və heç bir uğur əldə etməmiş Sadıqov bu dəfə gözünü «Səbail»ə dikib.

O, Bayıl təmsilçisinin prezidenti olmaq fikrinə düşüb və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdə açıq şəkildə dilə gətirib.

Komitə sədri hətta komandaanın sükanı arxasında kimi görməyi düşündüyünü də söyləyib, konkret olaraq Şahin Diniyevin adını çəkib.

Sportinfo.az-a bununla bağlı yeni məlumat daxil olub. Federasiyadan redaksiyamıza bildirilib ki, E.Məmmədov V.Sadıqovun təklifini qəbul etməyib.

Belə ki, icraçı vitse-prezident Sadıqovun “Səbail”də uğurlu olacağına inamsız yanaşıb və riskə getməyib. O, Ş.Diniyevin yenidən məşqçilik sahəsinə dönüşünə razılıq verməyib.

Qurumun bir nömrəli şəxsi 2017-ci ildə “Kəpəz”dən qalmaqallı şəkildə uzalaşdırılan, adı burada baş verən maliyyə maxinasiyalarına qarışan və reputasıyası heç də birmənalı olmayan Diniyevin “Səbail”ə gəlişinin mənfi reaksiya doğuracağını təxmin edib, bu səbəbdən komitə mənsublarına mədəni surətdə “gedin, öz yerinizdə oturun” həqiqətini anladıb.

Digər Xəbərlər
Xəbər Lenti