"Zirə" Hacıyevi həm sevindirdi, həm də üzdü

15 May 2021 21:00 Səbail 1 337
"Zirə" Hacıyevi həm sevindirdi, həm də üzdü

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqada yubiley oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yalnız bir kluba rəhbərlik edən mütəxəssis paytaxt təmsilçisini 75-ci matça çıxarıb.

Onun yubileyi XXVII turun “Zirə” ilə səfər matçına təsadüf edib. Hacıyevin komandası rəqib meydanında 0:2 hesabı ilə məğlub olub.

Premyer Liqada 2018/19 mövsümündə debüt edən çalışdırıcı üç çempionatda “Səbail”i 75 qarşılaşmaya çıxarıb.

Bu oyunlarda 22 qələbə sevinci yaşayan Hacıyev 19 heç-heçəyə şahid olub. Onun yetirmələri 34 dəfə uduzub. Mütəxəssisin rəhbərliyi altında 65 qol vuran komanda 108 top buraxıb.

Hacıyevin Premyer Liqada debütü 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin gün “Səbail” “Qəbələ” ilə səfər matçında 0:3 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti