Sponsorlar Premyer Liqa klubuna pul ayırmaqdan imtina etdi

14 Aprel 2021 11:40 Səbail 1 099
Sponsorlar Premyer Liqa klubuna pul ayırmaqdan imtina etdi

Son günlər «Səbail»də gərginlik yenidən artıb.

Sportinfo.az-ın məlumatına görə, sponsorlar klub qarşısında götürdükləri maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina edirlər.

Bu isə ödəmələrin aylardan bəridir gecikdirilməsində öz əksini tapır. Bayıl təmsilçisi ötən 2 ayın əməkhaqqısını hələ almayıb. Hətta yanvar ayından qalan borclar da tam bağlanmayıb.

Sponsor təşkilatlar mövcud vəziyyətin yaranma səbəbləri barədə kluba açıqlama verməkdən də boyun qaçırıb. Prezident səlahiyyətlərini yerinə yetirən

Tamerlan Abdullayevin məsələyə müdaxil etmək və ya «Səbail»in xeyrinə addım atmaq imkanı da yoxdur.

Olsaydı, hər halda bir tədbir görər, tərəfdaşlara təsir göstərərdi. Görünür, onu bu dəfə tamamilə «oyundankənar vəziyyət»ə salıblar.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!