
"Yaranmış fasilədən lazımınca yararlanmağa çalışdıq.
Fasilə müddətində daha öncə etdiyimiz səhvlərin üzərində çalışdıq. İnanıram ki, qarşıdakı oyunlarda səhvlər təkrarlanmayacaq"
Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın müdafiəçisi Boyan Letiç dilə gətirib.
Masazır klubu son 3 görüşdə cəmi bir xal qazanıb. Maraqlıdır, fasilə uğursuz zolaqdan çıxmağa faydalı ola bilərmi?
Letiçi dinləyək:
"Fikrimcə, növbəti matçlarda hər şey qaydasına düşəcək. Qələbə seriyamıza qayıtmaq üçün cəmi bir qələbə kifayətdir.
Məncə, milli fasilə yerinə düşdü. Bu fasilə bizə özümüzə gəlməyə və növbəti oyunlara daha yaxşı hazırlaşmaq üçün imkan verdi.
İnanıram ki, qarşıdakı oyunlarda yaxşı nəticələr qazanacağıq".
XANOĞLAN