"Sabah"ın yetirməsi olan gənc üçün əlamətdar gün

11 Mart 2023 16:20 Sabah 370
"Sabah"ın yetirməsi olan gənc üçün əlamətdar gün

"Sabah"ın futbolçusu Seymur Məmmədov üçün Azərbaycan Premyer Liqasının 26-cı turunda “Sumqayıt”a (4:0) qarşı oyun əlamətdar olub.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçın 90-cı dəqiqəsində Namik Ələskərovun əvəzinə meydana çıxan Məmmədov, cəmi 2 dəqiqə sonra fərqlənib.

Bu, Seymurun “Sabah”ın heyətində vurduğu ilk qoldur. 19 yaşlı futbolçu buna komandada 3-cü rəsmi oyununda nail olub.

Seymur Məmmədov “Sabah” Futbol Akademiyasının yetirməsidir.

Digər Xəbərlər
Xəbər Lenti