“SABAH”: Bizdə udmaq var, uduzmaq yox - VİDEO

01:00 Sabah 61
“SABAH”: Bizdə udmaq var, uduzmaq yox - VİDEO

"Sabah" Misli Premyer Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, komanda VI turda "İmişli"ni məğlub edib.

Qarşılaşma 3:1 hesabı ilə bitib. 20-ci dəqiqədə qonaqların qapıçısı Sadiq Məmmədzadə avtoqol müəllifi olub.

35-ci dəqiqədə Umarali Raxmonaliyev fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə Kahim Parris komandasının üçüncü qoluna imza atıb.

Bölgə komandasının heyətində 90-cı dəqiqədə Ronaldo Souza adını tabloya yazdırıb.

Ehtiyatda bir oyunu olan "Sabah" 15 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizincidir.

"Sabah" - "İmişli" 3:1

“Bank Respublika Arena”, 1150 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov
Dördüncü hakim: Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Timoteuş Puxaç, 73 (qeyri-idman hərəkəti) // Azər Salahlı, 44 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 45+1 (hakimin qərarına etiraz); Yau Mozes, 47 (qeyri-idman hərəkəti); Dioqo Rollo, 64 (qeyri-idman hərəkəti); Seyxan Fərəcov, 82 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Luis Silvestr, 90+1 (hakimi təhqir etdiyi üçün)
Qollar: Sadiq Məmmədzadə, 20 (ö.q.); Umarali Raxmonaliyev, 35; Kahim Parris, 90+5 // Ronaldo de Souza, 90
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

“Sabah”
92. Stas Pokatilov (k)
5. Rəhman Daşdəmirov
20. Coy Lens Mikels
(23. Yunes Laşaab, 89)
21. Velko Simiç
(11. Kahim Parris, 89)
80. Akim Zedadka
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
(6. Abdulax Xaybulaev, 72)
37. Du Keyros
7. Umarali Raxmonaliyev
(10. Aleksey İsayev, 63)
4. Eyden Makkarti
8. Kristian Nvaçukvu
(18. Karlos Eduardo, 63)
Ehtiyat oyunçular:
1. Amin Ramazanov
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
16. Rauf Rüstəmli
33. Junior Almeyda
99. Patrik Mbina
88. Rodriqo Fernandeş
Baş məşqçi: Valdas Dambrauskas

“İmişli”
22. Sadiq Məmmədzadə
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı (k)
77. Fərid Nəbiyev
(7. Luis Silvestr, 63)
5. İdris İnqilablı
13. Rafael Vieqaş
21. Ronaldo de Souza
6. Yau Mozes
(17. Seyxan Fərəcov, 75)
9. Dioqo Almeyda
23. Dioqo Rollo
80. Deko
(10. Dioqo Kardozu, 84)
Ehtiyat oyunçular:
1. Yusif İmanov
99. İmam Əli
55. Murad Ələkbərov
33. Əkbər Eyubov
30. Xəlil Mürsəlli
8. Xuan Hernandes
42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"