“Sabah” yığmanın qapıçısını da icarəyə verdi

24 İyun 2022 16:40 Sabah 1 585
“Sabah” yığmanın qapıçısını da icarəyə verdi

Gənclər yığmasının qapıçısı Rüstəm Samiqullinin yeni klubu müəyyənləşib.

"Sabah" müqavilə ilə ona məxsus olan 19 yaşlı qolkiperi “Kəpəz”ə icarəyə verib.

O, növbəti mövsümün sonunadək Gəncə təmsilçisinin uğurları üçün tər tökəcək.

“Sabah”ın ondan öncə Samir Məhərrəmlini də “Kəpəz”a icarəyə verməyə razılaşdığını qeyd edək.

Ümumiyyətlə, “Sabah” Premyer Liqanın sıralarına qayıdan qərb klublarına böyük diqqətlə yanaşır.

Masazır təmsilçisi “Kəpəz”lə yanaşı, “Turan Tovuz”a da oxşar münasibət göstərib. Veysəl Rzayev, Şakir Seyidov və İdris İnqilablı gələn sezonu icarə əsasında bu qurumda keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu