Azərbaycan klubunu Mourinyonun "Real"ına bənzədən

9 May 2022 14:40 Sabah 2 497
Azərbaycan klubunu Mourinyonun "Real"ına bənzədən

Heç kim etiraz etməz bu fikrə ki, yeni ildən sonra ən yüksəlişdə olan komanda «Sabah»dır.

Mövsümün final mərhələsinə sürətli giriş ediblər.

Əminliklə demək mümkündür ki, «Sabah» «Qarabağ»la bərabər çempionatın ən baxımlı futbol sərgiləyən komandasıdır.

Murad Musayevin gördüyü iş göz qabağındadır. Rusiyalı turdan-tura daha pozitiv futbol oynadır.

Onun tərzi bəndənizə Joze Mourinyonun «Real»ını xatırladır.

Madrid klubu portuqaliyalı baş məşqçinin dönəmində 3 elementi özündə birləşdirmişdi – ildırım sürətli start, sərt yanaşma və bütün komanda ilə həm hücumda, həm də müdafiədə yer almaq.

Erkən qol vurmaqla rəqibi irəli atılmağa məcbur etmək, beləliklə, açıq zonalara çıxış imkanını genişləndirmək və nəticəyə getmək – Musayevin «Sabah»ı bu yolu tutub.

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmaq iştahası da bir yandan da komandaya güc gəlib.

Bilirlər ki, hər şey istədikləri kimi olsa, yaxşı pul qazanmaqla yanaşı, qiymətləri də qalxacaq, daha sərfəli şərtlərlə yeni müqavilə imzalayacaqlar.

38 yaşlı bu gənc adam futborlçularını bu həqiqətə inandırmaqla kifayətənməyib, onları özünə bağlayıb.

Son transferlərlə də quşu lap gözündən vurub. Kristian da Silva, Lukas Rangel və Aleksey Kaşukun gəlişi ilə o, topu düz «doqquzluğ»a vurub.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti