"Qəbələ"yə təşəkkür etdi: "Mənə ilk dəfə məhz bu klub…"

15 May 2020 18:34 Qəbələ 629
"Qəbələ"yə təşəkkür etdi: "Mənə ilk dəfə məhz bu klub…"

"Qəbələ"nin legioneri Yaovi Akakpo "africexpress-sport"a danışıb.

Sportinfo.az xəbər verir ki, toqolu yarımmüdafiəçi özünü bölgə təmsilçisində rahat hiss etdiyini deyib:

"Bura gəldiyim ilk gündən hər şey qaydasında gedir. Komanda yoldaşlarım, klubun əməkdaşları və azarkeşlər mənə öz sevgilərini göstərirlər. İlk dəfə məhz bu klub mənə peşəkar müqavilə təklif etdi. Buna görə onlara təşəkkür etməyə bilmərəm".

Akakpo qış fasiləsində "Qəbələ" ilə 2,5 illik müqavilə bağlayıb. 21 yaşlı futbolçu qarşısına ciddi məqsədlər qoyduğunu bildirib: "İlk növbədə start heyətində yerimi möhkəmlətmək, daha sonra azarkeşlərimizi sevindirmək üçün nəyə qadir olduğumu nümayiş etdirmək istəyirəm.

Kiçik yaşlarımdan hədəflərimə çatmaq üçün müəyyən yol tutmuşam. Bütün futbolçular kimi daha nüfuzlu klublarda oynamaq istəyirəm. Təbii ki, "Qəbələ"yə də hörmət edirəm".

Digər Xəbərlər
Xəbər Lenti