"Qəbələ"nin prezidenti AFFA-ya müraciət edəcək ki…

8 May 2020 14:08 Qəbələ 679
"Qəbələ"nin prezidenti AFFA-ya müraciət edəcək ki…

Sportinfo.az xəbər verir ki, ölkənin 5 böyük şəhəri və bir rayonu – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran və Abşeron istisna olmaqla dünəndən digər şəhər və bölgələrdə xüsusi karantin rejimi aradan qalxıb.

Daha adamların küçəyə çıxması üçün SMS göndərib icazə almasına ehtiyac duyulmur.

İctimai–iaşə obyektlərinin, kafe və restoranların fəaliyyəti bərpa olunub. Rayonlararası gediş-gəliş də mümkündür. Rayonlarda karantinin aradan qalxması premyer-liqada yeganə bölgə təmsilçisi olan “Qəbələ”nin işinə yaraya bilər.

Belə ki, elitada mübarizə aparan paytaxt təmsilçilərindən və Sumqayıtın eyniadlı klubundan fərqli “qırmızı-qaralar” məşqləri bərpa edə bilərlər. Düzdür, Operativ Qərargahın qərarında karantin ləğv olunan şəhər və rayonlarda insanların ara məsafəsi gözləməsi, qrup halında bir yerdə gəzməməsi (10 nəfərdən artıq olmaz) yenə də tövsiyə olunur.

Ancaq istənilən halda Qəbələ klubu qərargahın göstərişlərinə riayət etməklə 10 nəfərlik qruplarla minimum həftədə bir nəçə dəfə yaşıl meydana çıxıb məşq etmək imkanına malikdi. Bəs görəsən, bölgə təmsilçisinin rəhbərliyinin, məşqçilər korpusunun fürsətdən yararlanmaq fikri var?

Klubun baş meneceri Zaur Əzizov rəhbərliyin bu haqda fikirləşdiyini bildirib: “İki gündü bununla bağlı klubdaxili müzakirələr gedir. Fariz Nəcəfov aidiyyatı quruma, daha dəqiq desəm, AFFA-ya müraciət edəcək.

Assosiasiya rəhbərliyi icazə versə, böyük ehtimalla, məşqləri bərpa edəcəyik. Hələ ki bununla bağlı dəqiq planımız yoxdu. Hər şey AFFA-nın qərarından asılı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu