“Qəbələ” kimləri gördü, kimləri! 20 ən yaxşı “QOL SİLAHI“

27 Mart 10:24 Qəbələ 228
“Qəbələ” kimləri gördü, kimləri! 20 ən yaxşı “QOL SİLAHI“

“Qəbələ” koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümündə 31 qol vurub.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, bunlardan 25-i Azərbaycan Premyer Liqası, 6-sı Azərbaycan kubokuna təsadüf edib.

Bu qollar klub tarixinin ən məhsuldar 20 oyunçusu siyahısında hər hansı dəyişikliyə səbəb olmayıb. Belə ki, bombardirlərin “20-liy”ində yalnız bir futbolçu hazırda da “qırmızı-qaralar”ın formasını geyinir. 13 qola malik Asif Məmmədov cari mövsümdə fərqlənməyib. O, Samir Zərgərovla 14-15-ci yerləri bölüşür.

Bombardirlər cədvəlinə isə 33 qol vuran Viktor Mendi başçılıq edir. Dodo ondan üç top geri qalır. Baqali Dabonun aktivində 27 qol var. İlk “20-lik”də 10-dan çox qol vuranlar yer alıb.

Ümumilikdə isə 2005-ci ildən indiyədək 546 matç keçirən “Qəbələ” 725 qol vurub. Komandanın 134 oyunçusu rəqib qapısına yol tapıb.

“Qəbələ”nin 20 ən yaxşı bombardiri

1. Viktor Mendi - 33

2. Dodo - 30

3. Baqali Dabo - 27

4. Filip Ozobiç - 25

5-7. Cavid Hüseynov - 20

Stiven Jozef-Monroz - 20

Rövşən Əhmədov - 20

8. Daniel Subotiç - 19

9-10. Aleksey Qay - 18

Kənan Kərimov - 18

11. Yannik Kamanan - 17

12. Deon Burton - 15

13. Sergey Zenyov - 14

14-15. Asif Məmmədov - 13

Samir Zərgərov - 13

16-18. İbrahim Hüseynov - 12

Vitali Balamestnı - 12

Ceyms Adeniyi - 12

19-20. Ruslan Qurbanov - 11

Rəşad Yusubov - 11

Digər Xəbərlər
Xəbər Lenti
4 İyun 22:20 Ronaldo bunu da etdi ...