Milli komandaların koordinatoru və baş məşqçisi vəzifəsinə təyin olundu

07:40 Basketbol 82
Milli komandaların koordinatoru və baş məşqçisi vəzifəsinə təyin olundu

Türkiyəli mütəxəssis Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında (ABF) U-14 və aşağı yaş qrupları üzrə oğlanlardan ibarət milli komandaların koordinatoru və baş məşqçisi vəzifəsinə təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə ABF-dən məlumat verilib.

Azərbaycandakı fəaliyyətindən əvvəl mütəxəssis Türkiyə Basketbol Liqasında (TBL) köməkçi məşqçi, Türkiyə Basketbol II Liqasında (TB2L) isə baş məşqçi kimi çalışıb. O, həmçinin "TED Ankara Koleji" və "Atakule Spor Akademiyası"nda aşağı yaş qrupları ilə işləyib, komandaları ilə yerli yarışlarda və Türkiyə çempionatlarında uğurlar əldə edib.

B.Meriç yeni təyinatı ilə bağlı fikirlərini də bölüşüb:

"Əsas məqsəd aşağı yaş qruplarında istedadlı basketbolçuları müəyyənləşdirmək, onların inkişafına şərait yaratmaq və gələcəkdə daha yuxarı yaş qrupları üzrə milli komandalarda çıxış etməyə hazırlamaqdır. Federasiya və digər yaş qrupları üzrə yığmaların məşqçiləri ilə sıx əməkdaşlıq edərək Azərbaycan basketbolunun gələcəyinə xidmət edən uzunmüddətli inkişaf sistemi qurmaq istəyirik".

Təcrübəli mütəxəssis son üç mövsümdə Azərbaycan Basketbol Liqasında baş məşqçi kimi fəaliyyət göstərib. O, 2023/2024 mövsümündə "Gəncə", növbəti iki ildə isə "Şəki" klubuna rəhbərlik edib.

B.Meriçin rəhbərliyi altında "Şəki" 2024/2025 mövsümündə Azərbaycan çempionatının bürünc medalını qazanıb. 2025/2026 mövsümündə isə klub tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinalına yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM