“Real”la “İnter” üz-üzə - Bu gecə Çempionlar Liqasında Liqa mərhələsi başlayır

“Real”la “İnter” üz-üzə - Bu gecə Çempionlar Liqasında Liqa mərhələsi başlayır

Bu gün Çempionlar Liqasında Liqa mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk gündə 1-ci turun 6 matçı keçiriləcək.

“Mançester Siti” səfərdə “Portu” ilə qarşılaşacaq. “Real” evdə “İnter”i qəbul edəcək. Dortmund "Borussiya"sı isə "Vilyarreal"la üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Sabah" sentyabrın 10-da "Mançester Yunayted"in qonağı olacaq.

Xatırladaq ki, 36 komandanın mübarizə aparacağı Liqa mərhələsində 1/8-ci yeri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaq.

Mərhələni 25-36-cı yerdə tamamlayanlar isə Avropa kuboklarında çıxışlarını başa vuracaqlar.

20:45 “AEK” (Yunanıstan) – “LASK” (Avstriya)

20:45 “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə)

23:00 “Borussiya” (Dortmund, Almaniya) – “Vilyarreal” (İspaniya)

23:00 “Portu” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)

23:00 “Lill” (Fransa) – “Betis” (İspaniya)

23:00 “Real” (İspaniya) – “İnter” (İtaliya)

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO