Bu gün II Liqada 2-ci tura yekun vurulacaq.
Dörd görüş keçiriləcək.
Sportinfo.az xəbər verir ki, Bakıda təşkil olunacaq yeganə oyun digərlərindən yarım saat tez - saat 16:00-da başlayacaq.
"Dinamo" Binədə "Zəngəzur"u sınağa çəkəcək. "Marafon" Şamaxıda "Difai"ni, "Kür-Araz" Saatlıda "Şəki"ni, "Hypers" isə Bərdədə "Ağstafa Gəncləri"ni qəbul edəcək.
16:00. “Dinamo” – “Zəngəzur”
Hakimlər: Mehdi Yusifov, Rizvan Süleymanov, Samir Cabbarov, Məleykə Məmmədova.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Binə qəsəbə stadionu.
16:30. “Marafon” –“Difai”
Hakimlər: Vaqif Vəliyev, Ruslan Babayev, Cavid Ömərov, Ləman Əmirli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
16:30. “Kür-Araz” – “Şəki”
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Ağadur Mahmudov, Yasin Cəbizadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.
16:30. “Hypers” – “Ağstafa Gəncləri”
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bərdə şəhər stadionu.
