"Sabah" Premyer Liqanın 4-cü turunu da qələbə ilə arxada qoydu.
"Bayquşlar" bu tura qədər lider olan "Zirə"ni darmadağın etdi - 5:0.
Oyun, nəticə hər şey "Sabah" üçün əla keçdi.
Amma ikinci yarıda Stiv Solvet və Umarali Raxmonaliyevin zədə alaraq meydanı tərk etməsi yerinə düşmədi.
Axı qarşıdan "Mançester Yunayted"lə səfər oyunu gəlir.
Amma narahatlığa ciddi əsas yoxdur.
Hər iki futbolçu tibbi müayinədən uğurla keçib.
Həkimlər ikilinin ciddi problemi olmadığını məşqçilər korpusuna bildirib.
Həm Solvet, həm də Umarali ağır İngiltərə səfərində Valdas Dambrauskasın sərəncamında olacaq.
XANOĞLAN/ SPORTİNFO.AZ
