“Beşinci pilləni tutduğum at dünya çempionatında iştirak hüququ qazanıb”

08:00 Atçılıq 77
“Beşinci pilləni tutduğum at dünya çempionatında iştirak hüququ qazanıb”

Azərbaycan konkurçusu Patrik Makenti Belçikanın Lier şəhərində keçirilən turnirdə ikinci yeri tutduğuna görə məmnundur.

Sportinfo.az xəbər verir ki, bunu idmançı özü bildirib.

"Belçikadakı yarışda iştirak etdiyimə görə şad oldum, nəticəmdən razı qaldım. İkinci yer həqiqətən yaxşı nəticədir.

130 santimetr hündürlüklü maneələri dəf etmə yarışında 5-ci pilləni tutduğum at dünya çempionatında iştirak hüququ qazanıb. Mundiala da ciddi hazırlaşırıq. Belçikadakı yarışda çox ciddi rəqiblər var idi".

Patrik Makenti hündürlüyü 135 santimetr olan maneələrin dəf edilməsində 39 idmançı arasında 59,90 saniyə nəticə və 0 cərimə balı ilə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. O, 6-8 yaşlı atların 130 santimetr hündürlüklü maneələri dəf etmə yarışında isə 28 iştirakçı arasında marşrutu cərimə balı olmadan 69,16 saniyəyə qət edərək 5-ci pillədə qərarlaşıb.

Patrik Makentini sentyabrın 16-20-də Belçikanın Lanaken şəhərində təşkil olunacaq gənc atlar arasında konkur üzrə dünya çempionatı gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM