Mahir Emreliyə yeni baş məşqçi tapdılar - ÜÇİLLİK

9 Sentyabr 02:50 Hadisə 559
Mahir Emreliyə yeni baş məşqçi tapdılar - ÜÇİLLİK

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu yeni baş məşqçi təyinatı olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tomaş Kaçmareklə 3 illik müqavilə imzalanıb.

Kaçmarek bu mövsümün əvvəlindən Ekstraklasa təmsilçisi “Radomyak Radom”u çalışdırıb.

İlk 6 turun nəticələrinə əsasən “Rakuv” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və hələ də xal qazana bilməyib.

Mahir isə bu mövsüm “Rakuv”un heyətində bütün turnirlərdə 11-ci oyununda 6-cı qolunu vurub. Onun aktivində 1 məhsuldar ötürmə də var.

Digər Xəbərlər
Xəbər Lenti