Tehran tələbələr arasında ilk dünya çempionu oldu - FOTOLAR

04:20 Digər növlər 56
Tehran tələbələr arasında ilk dünya çempionu oldu - FOTOLAR

Atletimiz Tehran Məmmədov Qətərin paytaxtı Doha şəhərində keçirilən tələbələrin dünya çempionatının qalibi adını qazanıb.

Sportinfo.az xəbər verir ki, bununla da Tehran tələbələrin dünya çempionatında qalib gələn ilk Azərbaycan atleti kimi adını tarixə yazdırıb.

65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində göstərdiyi 130 kq nəticə ilə gümüş medala yiyələnib.

O, təkanla qaldırma hərəkətində 159 kq ağırlığı başı üzərinə qaldıraraq fəxri kürsünün birinci pilləsinə qalxıb.

Beləliklə T. Məmmədov toplamda göstərdiyi 289 nəticə ilə tələbələr arasında keçirilən dünya çempionatının qalibi adını qazanıb.



Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM