Bu liqada da sifariş ərizəsi azaldıldı - Cəmi 30 nəfər

16:40 Əvəzedicilər 142
Bu liqada da sifariş ərizəsi azaldıldı - Cəmi  30 nəfər

Əvəzedicilər Liqasının iştirakçıları artıq əvvəlki illərdəki kimi futbolçu sifariş edə bilmir.

Peşəkar Futbol Liqası (PFL) bu mövsümdən onlara məhdudiyyət tətbiq eləyib.

Yarışa qatılanlar cari «futbol ili» ərzində maksimum 30 futbolçunun xidmətindən yararlana biləcək.

PFL eyni zamanda Premyer Liqaya aid növbəti qərar verib. Çempionatın təşkilatçısı olan qurumun qərarı bütün iştirakçıları əhatə edir.

Buna əsasən, klublar sezon ərzində maksimum 30 futbolçu qeydiyyatdan keçirəcək.

Müqayisə üçün deyək ki, keçən «futbol ili»ndə bu rəqəm 35 idi.

İştirak ərizəsinin «sərhəd»inin məhdudlaşdırılmasının səbəbi məlum deyil. Odur ki, elitanın əksər təmsilçiləri PFL-nin son qərarından narazı qalıb.

Problem həm də ondadır ki, komandadan göndərilən futbolçuların sayı «30»u dəyişdirmir. Başqa sözlə, qurum gedəni yox, gələni hesaba qatır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO