Azərbaycan futbolunda növbəti BİABIRÇILIQ! - Liqa bir stadionun ümidinə qaldı

8 Sentyabr 19:00 I Divizion 965
Azərbaycan futbolunda növbəti BİABIRÇILIQ! - Liqa bir stadionun ümidinə qaldı

Bu həftə Birinci Liqada ikinci tura start veriləcək.

Tur çərçivəsində 5 qarşılaşam keçiriləcək.

Oyunlara göz atanda bir məqam diqqət çəkməyə bilməz.

5 görüşdən 3-ü eyni ünvanda - Binə qəsəbə stadionunda keçiriləcək.

Bunlar "Şahdağ Qusar" - "Karvan-Yevlax ", "Səbail" - "Mingəçevir", MOİK - "Şimal" görüşləridir.

Həqiqətən, çox acınacaqlı durumdur.

Belə çıxır ki, bir liqa bir idman qurğusundan asılıdır.

Binə qəsəbə stadionu olmasa, Birinci Liqa faktiki yarımçıq qala bilər.

Məlumat üçün bildirək ki, adıçəkilən stadiondan Əvəzedici Liqanın, İkinci Liqanın və digər yaş qruplarının oyunları da keçirilir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu