"Sabah" Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində səfərdə "Mançester Yunayted"in qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu bu gün İngiltərəyə yola düşüb.
Masazır təmsilçisinin əsas komandası ilə yanaşı UEFA Gənclər Liqasında mübarizə aparan U-19 komandası da Mançesterə yollanıb.
"Mançester Yunayted" - "Sabah" qarşılaşması sentyabrın 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
U-19 komandalarının oyunu isə eyni gündə saat 17:00-da başlayacaq.
