“Yerimdə saymaq fikrim yoxdur, bu cür davam etsəm...”

27 Sentyabr 2022 20:40 Qəbələ 660
“Yerimdə saymaq fikrim yoxdur, bu cür davam etsəm...”

“Cari mövsümdə uğurlu çıxışımda komanda yoldaşlarımın əməyi böyükdür. Hər birinə təşəkkür edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında bu mövsüm sərgilədiyi oyun və vurduğu qollarla diqqətləri üzərinə çəkməyi bacaran Məqsəd İsayev deyib.

Məqsədin məqsədləri böyükdür. Bu günə kimi etdikləri ilə kifayətlənmək niyyətində deyil.

Əksinə, uğurlu çıxışın davamını gətirməyi hədəfləyib ki, uğurlu oyunu “bir atımlıq barıt” təsiri bağışlamasın:

“Fikrimcə, hücumlarda fəal iştirak edirəm deyə, qol imkanları yaranır. Mən də bacardığım qədərilə bundan istifadə etməyə çalışıram.

Bu cür davam etsəm, daha çox fərqlənə biləcəyimi düşünürəm. Yerimdə saymaq fikrim yoxdur.

Çempionatda əsl mübarizə irəlidədir. Komandama fayda vermək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.

Məqsəd İsayev cari mövsümdə 6 oyunun hamısında start heyətində yer almaqla “Kəpəz”lə “Neftçi”nin qapısına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti