"Allahın açdığı qapını kimsə bağlaya bilməz" - Millidən kənarda qalan: FOTO

21 Sentyabr 2022 20:40 Qəbələ 1 633
"Allahın açdığı qapını kimsə bağlaya bilməz" - Millidən kənarda qalan: FOTO

Azərbaycan millisinin Millətlər Liqasında Slovakiya və Qazaxıstana qarşı oyunları üçün dəvət olunan 26 futbolçu arasında Qara Qarayevin adının olmaması daha çox müzakirələrə yol açdı.

Təcrübəli oyunçunun kənarda qalması hətta o qədər tənqid olundu ki, həmin tənqidlər arasında haqqı yeyilən digər futbolçular da unuduldu.

Məsələn, "Qəbələ"nin yarımmüdafiəçisi Rövlan Muradov kimi.

24 yaşlı oyunçu mövsümə çox əla start verib. Vinger Premyer Liqanın arxada qalan 7 turunda 2 qol və 1 asistlə yadda qalıb.

Rövlan bölgə klubunun qısa müddətli Avropa turunda da özünü yaxşı tərəfdən göstərə bilmişdi.

Belə ki, "Fehervar"la Konfrans Liqasındakı iki matçda vinger 1 qol və 1 asistlə önə çıxmışdı. Evdəki matçda onun vurduğu möhtəşəm qol isə təsəlli qələbəsində (2:1) önəmli rol oynamışdı.

Görünür, haqqlı olaraq futbolçu özü də Canni De Byazidən dəvət gözləyirmiş.

Hər halda 24 yaşlı oyunçunun öz sosial şəbəkə hesabından paylaşdığı "Allahın sənin üçün açdığı qapını kimsə bağlaya bilməz" postuna başqa izah tapa bilmədim.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı