Yerli və əcnəbi klubların gözü "Qəbələ"nin gənc istedadında

27 Yanvar 2022 23:40 Qəbələ 979
Yerli və əcnəbi klubların gözü "Qəbələ"nin gənc istedadında

"Qəbələ"nin yarımmüdafiəçisi Rövlan Muradova elçi düşən klublar var.

23 yaşlı oyunçunu heyətinə qatmaq istəyənlər arasında həm yerli, həm də əcnəbi klublar yer alır.

Əla mövsüm keçirən Rövlan isə qərar verməkdə tələsmir. Bölgə klubu ilə müqaviləsi olan futbolçu ən azı yaya qədər burda qalmağı düşünür. Bu səbəbdən də təklif göndərən klublara "müqaviləm var" cavabını verir.

O, arxada qalan 14 turun hamısında meydanda olub.

Muradov bu matçlarda 2 qol və 5 asistlə yadda qalmağı bacarıb.

Onun ölkə kubokunda meydana çıxdığı bir oyunda aktivinə 1 qol yazdırdığını qeyd etmək yerinə düşər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti