"Qəbələ"nin "DİVAR ADAMI" - MARAQLI VİDEO

16 Yanvar 2022 20:40 Qəbələ 951
"Qəbələ"nin "DİVAR ADAMI" - MARAQLI VİDEO

"Qəbələ" qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanmaqla hər kəsi təəccübləndirməyi bacardı.

Kollektivin bu uğurunda bir neçə amil mühüm rol oynadı.

Onlardan biri də, təbii ki, müdafiə xəttinin inamlı çıxışı idi.

Əbəs deyil ki, bölgə klubu arxada qalan 2 dövrədə 14 qol buraxmaqla "Qarabağ"dan sonra ən az top buraxan komanda statusuna sahibdir.

İnamlı müdafiədə bütün komandanın zəhməti var. Amma bir şəxsin çıxışı xüsusi qabardılmalıdır. Söhbət braziliyalı Ruan Renatodan gedir.

Bəzən "Qarabağ"lı Kevin Medina ilə belə müqayisə olunan, "divar adam" ləqəbi verilən əcnəbi bir çox matçlarda kritik müdaxilələri ilə diqqət çəkməyi bacardı.

Bu dəfə məhz 28 yaşlı braziliyalının həmin kritik müdaxilələrininin yer aldığı videonu sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti