“Qəbələ”lilər cari mövsümdə hələ bu qədər pul qazanmamışdı

7 Dekabr 2021 14:40 Qəbələ 1 288
“Qəbələ”lilər cari mövsümdə hələ bu qədər pul qazanmamışdı

Premyer Liqanın 13-cü turunda “Zirə”yə səfərdə 2:1 hesabıyla qalib gələn “Qəbələ” cari mövsümün ən yüksək məbləğdə mükafatını qazanıb.

Üfran Abbasovla Rövlan Muradovun vurduğu qollarla 3 xal qazanan əyalət təmsilçisi 1500 manat irəli düşüb.

Rəsmilər əvvəlcə hər futbolçuya 1000 manat ödəmək istəsə də, sonda onların xahişini yerinə yetirib.

“Qırmızı-qaralar” bunadək ən çox “ənam”ı “Sumqayıt”a görə alıb. Qəbələdə qonaqları 2:1 üstələyən komanda üzvlərinin hər biri 1200 manat əldə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!