"Qəbələ"nin bombardiri: "Özümü daha da inkişaf etdirməyə çalışıram"

25 Noyabr 2021 09:40 Qəbələ 948
"Qəbələ"nin bombardiri: "Özümü daha da inkişaf etdirməyə çalışıram"

"Oyuna yaxşı hazırlaşmışdıq. Görüşün vacibliyini dərk edirdik. İlk hissə hücumlarımız alınmasa da, ikinci hissə daha yaxşı alındı və layiqli qələbə qazandıq".

Bunu Sportinfo.az-a açıqlamasında "Sumqayıt" üzərində qələbədən danışan "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov deyib.

İlk qolun müəllifi vurduğu qol barəsində də söz açıb: "Qol vurub qələbədə pay sahibi olduğum üçün sevinirəm. Özümü daha da inkişaf etdirməyə çalışıram".

Amma İsgəndərov daha çox meydanda olmaq istədiyini dilə gətirib: "Düzdü, hər dəfə sonradan meydana daxil olub fərqlənirəm. Ancaq daha çox vaxt meydanda olmağı istəyirəm. Hər bir futbolçu daim oynamaq istəyir. İnkişaf üçün daim oynamaq lazımdır. Hər dəfə əvəzetmədən meydana çıxıb qol vurmaq olmaz ki (gülür)".

O, növbəti tur qarşılaşacaqları "Qarabağ"la oyun haqqında da qısaca danışıb: "Qarabağ"ın adı bizim qələbə ümidimizi azaltmır. Düzdü, rəqib güclüdür. Amma biz də hər oyuna olduğu kimi meydana qələbə üçün çıxıb, əlimizdən gələni edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti