Kim deyir ki, aşağı büdcə ilə heç nə etmək olmur?

25 Oktyabr 2021 15:00 Qəbələ 1 272
Kim deyir ki, aşağı büdcə ilə heç nə etmək olmur?

İştah diş altındadır. Can sağlamr, fundament möhkəmdirsə, çox iş görmək olar.

«Qəbələ» ciddidən-ciddi çalışır. Deyəsən, məqsədləri də özlərinə inandırıcı gəlir.

Avrokuboklara vəsiqə uğrunda mübarizəyə qoşulublar və bu iddiadan elə-belə vaz keçməyəcəklər.

Hər ötən tur bunu nümayiş etdirir: mövsümqabağı proqnozlarda adı aşkar autsayder olaraq çəkilən «Qəbələ» 8 turdur turnir cədvəlinin yuxarı pillələrindən qopmur.

Əksinə, indi oradan daha möhkəm yapışıblar. 4 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə bildikləri və gördükləri yolu gedirlər.

Aktivlərindəki xal sayı artıq 15-dir və «Qarabağ»la «Neftçi»dən cəmi 2 xal geri qalırlar. Mövsümün sürpriz iştirakçısı adına indidən əsas namizəddirlər.

Büdcə az, legioner az, rəqabətədavamlı yerli futbolçu az; bütün çatışmazlıqlara rəğmən, «Qəbələ» gözəl oyunu, mübarizə əzmi ilə bir çoxlarına nümunədir.

Bu nümunəni də yaratmaq var e! Belə örnək iş görmələri münasibətilə əməyi keçənlərin hər birini tək-tək təbrik etməyi özümə borc bilirəm.

«Aşağı büdcə ilə heç nə etmək olmur» deyənlərə «Qəbələ» ən tutarlı əks arqumentdir.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti