AFFA-dan razı qalan “Qəbələ“: “Hələ yeni baş məşqçi təyinatı olmayıb“

9 İyul 2021 11:40 Qəbələ 1 046
AFFA-dan razı qalan “Qəbələ“: “Hələ yeni baş məşqçi təyinatı olmayıb“

“AFFA-dan bizə müsbət cavab gəlib, indi bundan irəli gələn məsələlərin həlli ilə məşğuluq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“ Futbol Akademiyasının meneceri Nail Kərimov deyib.

AFFA “Qəbələ”nin intizarına son qoyub. Federasiya əyalət klubuna ayırdığı yardım paketini artırıb.

Beləliklə, “qırmızı-qaralar”ın yeni sezon üçün qurumdan 1,8 milyon manat alması nəzərdə tutulub. Bu isə ötən sezonla müqayisədə 300 min manat “zam” deməkdir.

AFFA artımı əvəzedici komandanın bərpası üçün edib. “Qəbələ” bu vəsait hesabına I Divizionda mübarizə aparacaq” dubl”u formalaşdıracaq. 3 ildən sonra aşağı dəstədə təmsilçisi olacaq bölgə klubunun istəyina çatmasını söyləyə bilərik.

Federasiya son ana kimi başqa fikirdə idi. 1,5 milyon manatlıq paketlə kifayətlənmək niyyətindən vaz keçmək istəmirdilər. Sadəcə, “Qəbələ” göstərilən məbləğin onlara kifayət etməməsi barədə ortaya faktlar qoydu.

Vəsaitin hara xərclənməsi barədə sənədlərlə tanış olan AFFA gördü ki, güzəştə getməsə, “qırmızı-qaralar” uşaq futbolunun inkişafı ilə bağlı 15 ildir apardığı siyasətdən tamamilə imtina edəcək.

Çünki “Qəbələ” quruma bildirmişdi ki, I Diviziondan iştirakdan imtina müqabilində onlara kəsiləcək 150 min manat cəriməni ödəmək üçün U-17 və U-19 komandalarının fəaliyyətini dayandıracaqlar.

Yenə yaxşı ki, AFFA bu məqamları nəzərə aldı və “Qəbələ”nin akademiyanı yaşatmasına dəstək olmağı lazım bildi.

N.Kərimov məbləği açqlamasa da, AFFA-nın son qərarından razı qaldıqlarını bildirib: “Biz federasiyanı klubumuzun mövcud vəziyyəti ilə yaxından tanıış etmişdik.

Onlar da buna uyğun addım atdı, normal məbləğ ayırdı. Hazırda əvəzedici komandanı formalaşdırmaq istiqamətində tədbirlər görürük.

Hələ yeni baş məşqçi təyinatı olmayıb. Yaxın günlərdə bu məsələ də dəqiqləşəcək“.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”