Zlatan İbrahimoviç "Qəbələ"nin futbolçusuna nə öyrədib?

22 Fevral 2021 21:20 Qəbələ 1 119
Zlatan İbrahimoviç "Qəbələ"nin futbolçusuna nə öyrədib?

"Zlatan İbrahimoviç dən nə isə öyrənə bildimmi? Bəli".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin hücumameylli yarımmüdafiəçisi Nikolas Raysel deyib.

Əyalət klubunda ikinci mövsümünü keçirən fransalı legioner yetirməsi olduğu PSJ-də keçirdiyi günləri yda salıb.

O, hazırda "Milan"ın uğurları üçün çalışan Zlatan İbrahimoviçlə Paris təmsilçisində yaşadağı anlar haqda bunları söyləyib:

"Onlarla məşq edərək və onlara baxaraq öyrənirdim. Məsələn, hər kəs Zlatanı davranışına və xarakterinə görə tənqid edir.

Ancaq çox çalışqan insandır. Məşqdə belə, uduzmaq istəmirdi. Uduzanda dəli olurdu. İrəliləyən dönəmdə orada olmağın və məşq etməyin gözəl olduğunu düşünərək, ondan bir az ilham almağa çalışdım.

Bütün oyunlardan qalib ayrılmaq üçün meydanda əlinizdən gələn hər şeyi etməlisiniz. Daha əvvəl belə rəqabət ruhuna sahib deyildim. Amma yanında məşq etməklə, mənə o, bunu verdi.

Düşünürəm ki, məşqlərdə ondan əldə etdiyim keyfiyyət budur. Futbolçu və fərd kimi böyüməyimə səbəb olan məşqçilərin və futbolçuların keyfiyyətlərini xatırlayıram.

Evlərimizi və ailələrimizi çox erkən tərk etdiyimiz üçün daha yaxşı olmağımıza kömək etdilər. Hamısı çox maraqlı idi".

Digər Xəbərlər
Xəbər Lenti