İstanbul “Qarabağ”ı bu cür bağrına basdı – MARAQLI VİDEO

30 Oktyabr 2020 14:50 Qarabağ 955
İstanbul “Qarabağ”ı bu cür bağrına basdı – MARAQLI VİDEO

Avropa Liqasının “Vilyarreal”a qarşı dünənki matçından (1:3) əvvəl İstanbulda “Qarabağ” komandasına dəstək verilib.

Sportinfo.az xəbər verir ki, qardaş ölkədə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları komandanın qaldığı otelin qarşısına toplaşıblar.

Burada Qarabağ və Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı şüarlar səsləndirən azarkeşlər komandanı avtomobillərlə matçın keçirildiyi Başakşehir Fatih Terim stadionuna qədər müşayiət ediblər.

Koronavirus pandemiyası səbəbindən fanatlar matça buraxılmayıblar. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərin verdiyi dəstəkdən razı qaldıqlarını söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!