
"AEK Arena" "Qarabağ" və Norveç "Molde"si arasında keçiriləcək Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin oyununu qəbul etməyə hazırdır.
Sportinfo.az xəbər verir ki, bu barədə Kiprin AEK klubunun mətbuat katibi Kiriakos Dimitriu yerli "Spor FM" radiosuna açıqlamasında bildirib.
Klub rəsmisi sözügedən stadionda ilk ÇL qarşılaşmasının keçiriləcəyini vurğulayıb: "Bu cür layihələri davam etdirəcəyik. Ümid edirik ki, komandamızın da bu yarışda mübarizəsini görəcəyik".
Sentyabrın 16-da baş tutacaq "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.