Dörd ildir “Qarabağ”ın formasını geyinən legionerdən 800 minlik TƏLƏB!

21:40 Qarabağ 201
Dörd ildir “Qarabağ”ın formasını geyinən legionerdən 800 minlik TƏLƏB!

«Qarabağ»ın yarımmüdafiəçisi Marko Yankoviçin «Çorum»dan istəyi məlum oulb.

Monteneqrolu legioner bu mövsüm Super Liqada mübarizə aparan klubdan 800 min avro tələb edib.

Menecerlər vasitəsilə qarşı tərəfə xəbər göndərən balkanlı qış fasiləsində aktiv danışıqlar aparmağa hazır olduğunu bildirib.

Çorumlular isə bu yay Çin, Səudiyyə Ərəbistanı və Yaponiya komandalarından da dəvət almış orta sahə oyunçusuna illik 600 min avro ödəməyə hazırdır.

Monteneqro yığmasının üzvü bu maaşa razı olarsa, onunla 2 illik müqavilə imzalanacaq.

2022-ci ilin yayında «Qarabağ»ın formasını geyinən balkanlı legionerin sözləşməsi 2027-ci ilin yayında bitəcək.

Keçidə yalnız bu maneə ola bilər. Çünki «Çorum» Yankoviçi təzminat ödəmədən əldə etmək istəyir. Bunu səbəbkarın nəzərinə çatdırıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti