Son illərdə "Qarabağ"ı tərk edən əksər futbolçularla bağlı ayrılıq qərarı məcburiyyətdən verilib. Ağdam klubunun Avropadakı uğurlu çıxışından sonra bir çox futbolçuya yaxşı təkliflər gəldi və klub həmin oyunçularla yolları ayırmaq məcburiyyətində qaldı.
Hamımız bilirdik ki, onların əksəriyyəti köhnə nəslin önəmli simalarıdır və komandaya hələ də kömək edə bilərlər. Qurban Qurbanov da bir çox futbolçunun komandada qalması üçün müəyyən cəhdlər etdi, israr etdi. Amma bəzən elə təkliflər gəlir ki, onlara “yox” demək mümkün olmadı.
Amma bir futbolçu var ki, onun "Qarabağ"dan ayrılması gələn təkliflərlə bağlı deyildi. Söhbət Marko Veşoviçdən gedir.
Veşoviç uzun müddət "Qarabağ"ın sağ cinahının əsas lokomotiv qüvvəsi, aparıcı fiqurlarından biri oldu.
Onunla yolların ayrılması daha çox Qurban Qurbanovun verdiyi qərar kimi görünürdü. Bəlkə də son dönəmlərdə tez-tez zədələnməsi bu qərarda rol oynadı.
Nəticədə 2021-cildə kluba gələn Veşoviçlə 2025-ci ildə yollar ayrıldı.
Düzdür, sonrakı dövrdə həmin cinaha Matheus Silva transfer olundu və Veşoviçin yoxluğunu unutdurdu.
Amma Silva stoper mövqeyinə keçəndən sonra sağ cinah zaman-zaman ciddi suallara açıq qaldı. Həmin mövqeyə transfer olunan Dani Bolt isə heç də gözləntiləri doğrultmadı. Boltun gedişindən sonra Cebrail Makreçkis heyətə cəlb olundu. Açığı, o da hələki adaptasiya prosesini arxada qoymaqda çətinlik çəkir.
Bu gün geriyə baxanda isə düşünürsən: bəlkə də Marko Veşoviçlə yolların ayrılması heç də doğru və yerində qərar deyildi.
Latviya ilə oyunda Veşoviçin 90 dəqiqəlik çıxışına baxdım. Onun üçün sanki dəyişən yalnız zamandır. Futbolçu əvvəlki idman formasındadır. Hücumlara qoşulur, uğurlu cinah asmaları, ağıllı müdaxilələri və yerində toxunuşları ilə seçilir.
Açığı, "Qarabağ"dakı Veşkoviçdən heç də fərqlənmir. Elə həmin Veşoviçdir.
"Qarabağ"dan ayrıldıqdan sonra milli komandadakı statistikasına baxanda da onun sabit formada qaldığını görmək mümkündür.
Tez-tez zədələnən futbolçu təsiri bağışlamır. Bolqarıstandakı klubunda da müntəzəm oynayır.
Burada keçirdiyi 33 görüşdə 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Ona görə düşünürəm ki, "Qarabağ" həmin vaxt Veşoviçlə bağlı fərqli qərar verə bilərdi. Bu gün bəlkə də həmin qərara görə peşmanlıq yaşanmazdı. Çünki Veşoviç hələ də komandaya fayda verə biləcək futbolçudur.
Bir məsələni də unutmayaq: "Qarabağ" sistem komandasıdır. Burada hər futbolçu özünü doğrulda bilmir. Amma Marko Veşoviç qısa müddətdəSon illərdə "Qarabağ"ı tərk edən əksər futbolçularla bağlı ayrılıq qərarı məcburiyyətdən verilib. Ağdam klubunun Avropadakı uğurlu çıxışından sonra bir çox futbolçuya yaxşı təkliflər gəldi və klub həmin oyunçularla yolları ayırmaq məcburiyyətində qaldı.
Hamımız bilirdik ki, onların əksəriyyəti köhnə nəslin önəmli simalarıdır və komandaya hələ də kömək edə bilərlər. Qurban Qurbanov da bir çox futbolçunun komandada qalması üçün müəyyən cəhdlər etdi, israr etdi. Amma bəzən elə təkliflər gəlir ki, onlara “yox” demək mümkün olmadı.
Amma bir futbolçu var ki, onun "Qarabağ"dan ayrılması gələn təkliflərlə bağlı deyildi. Söhbət Marko Veşoviçdən gedir.
Veşoviç uzun müddət "Qarabağ"ın sağ cinahının əsas lokomotiv qüvvəsi, aparıcı fiqurlarından biri oldu.
Onunla yolların ayrılması daha çox Qurban Qurbanovun verdiyi qərar kimi görünürdü. Bəlkə də son dönəmlərdə tez-tez zədələnməsi bu qərarda rol oynadı.
Nəticədə 2021-cildə kluba gələn Veşoviçlə 2025-ci ildə yollar ayrıldı.
Düzdür, sonrakı dövrdə həmin cinaha Matheus Silva transfer olundu və Veşoviçin yoxluğunu unutdurdu.
Amma Silva stoper mövqeyinə keçəndən sonra sağ cinah zaman-zaman ciddi suallara açıq qaldı. Həmin mövqeyə transfer olunan Dani Bolt isə heç də gözləntiləri doğrultmadı. Boltun gedişindən sonra Cebrail Makreçkis heyətə cəlb olundu. Açığı, o da hələki adaptasiya prosesini arxada qoymaqda çətinlik çəkir.
Bu gün geriyə baxanda isə düşünürsən: bəlkə də Marko Veşoviçlə yolların ayrılması heç də doğru və yerində qərar deyildi.
Latviya ilə oyunda Veşoviçin 90 dəqiqəlik çıxışına baxdım. Onun üçün sanki dəyişən yalnız zamandır. Futbolçu əvvəlki idman formasındadır. Hücumlara qoşulur, uğurlu cinah asmaları, ağıllı müdaxilələri və yerində toxunuşları ilə seçilir.
Açığı, "Qarabağ"dakı Veşkoviçdən heç də fərqlənmir. Elə həmin Veşoviçdir.
"Qarabağ"dan ayrıldıqdan sonra milli komandadakı statistikasına baxanda da onun sabit formada qaldığını görmək mümkündür.
Tez-tez zədələnən futbolçu təsiri bağışlamır. Bolqarıstandakı klubunda da müntəzəm oynayır.
Burada keçirdiyi 33 görüşdə 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Ona görə düşünürəm ki, "Qarabağ" həmin vaxt Veşoviçlə bağlı fərqli qərar verə bilərdi. Bu gün bəlkə də həmin qərara görə peşmanlıq yaşanmazdı. Çünki Veşoviç hələ də komandaya fayda verə biləcək futbolçudur.
Bir məsələni də unutmayaq: "Qarabağ" sistem komandasıdır. Burada hər futbolçu özünü doğrulda bilmir. Amma Marko Veşoviç qısa müddətdə həmin sistemin vacib həlqəsinə çevrilə bilmişdi.
Bəlkə də elə buna görə onun komandada qalması daha faydalı olardı.
Kim bilir, bəlkə də ən azı Marko Yankoviçə görə Monteneqro millisinin oyunlarını izləyən Qurban Qurbanov bu gün eyni şeyləri düşünür - Gərək Veşoviçlə yolları ayırmazdıq. həmin sistemin vacib həlqəsinə çevrilə bilmişdi.
Bəlkə də elə buna görə onun komandada qalması daha faydalı olardı.
Kim bilir, bəlkə də ən azı Marko Yankoviçə görə Monteneqro millisinin oyunlarını izləyən Qurban Qurbanov bu gün eyni şeyləri düşünür - Gərək Veşoviçlə yolları ayırmazdıq.
XANOĞLAN/ SPORTİNFO.AZ
