
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Molde"nin hücumçusu Leke Ceyms sağalıb.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı forvard Azərbaycan çempionu ilə matçda start heyətində meydana çıxmağa hazırdır.
7 qolla komandasının ölkə çempionatındakı ən məhsuldar oyunçusu olan nigeriyalının səhhəti ilə bağlı yaranmış problem geridə qalıb. Baş məşqçi Erlinq Mo "Qarabağ"la qarşılaşmada onun hücumda əsas "silah"ının olacağını açıqlayıb.
"Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da Kiprin Larnaka şəhərində yerləşən "AEK Arena"da keçiriləcək.