COP29

“Qarabağ”dan son satış

29 Noyabr 2023 00:40 Qarabağ 910
“Qarabağ”dan son satış

Avropa Liqasının qrup mərhələsində dekabrın 14-ü keçiriləcək “Qarabağ” - “Hekken” oyununun (saat 21:45) biletləri iticket.az-da satışa çıxarılıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 250 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"