"Qarabağ"ın legioneri indi Bakıda küçəyə çıxmaqdan qorxmur

19 Mart 2020 13:12 Qarabağ 590
"Qarabağ"ın legioneri indi Bakıda küçəyə çıxmaqdan qorxmur

"Qarabağ"ın legioneri Miçel Madera İspaniya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi koronavirusun yayılmasından sonra Azərbaycandakı vəziyyət haqda da danışıb:

“Keçən həftəyə qədər hər şey qaydasında idi. Ancaq son turlarda çempionat dayandı. Kafe və restoranlar axşam saat 9-dək işləyir.

Çölə çıxmaqda problem yoxdur. Bir çox yerə girməzdən əvvəl hərarətinizi ölçürlər. Komanda məşqləri saxlasa da, özümüz fərdi şəkildə hazırlığımızı davam etdiririk”.

Miçel zədə səbəbindən Premyer Liqanın XIX və XX turlarını buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti