"Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım"

8 Mart 2020 20:25 Qarabağ 820
"Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım"

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutan "Keşlə" - "Qarabağ" görüşündən sonra baş tutan mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb

Sportinfo.az xəbər verir ki, o, öncə oyun haqqında danışıb: "Futbolçularımı təbrik edirəm. Hər iki komanda yaxşı mübarizə apardı. Get-gedə hər komandada inkişaf hiss olunur. Çətin və vacib qələbə qazandıq. Hər oyunda belə istəkli və motivasiyalı olmaq lazımdır"

- Son oyunlarda Ailtonu əvəzləyib Maksim Medvedevi solda oynadırsız. Bu, Ailtonun gedişinə hazırlıqdı?

- Son iki görüşdə bunu etmişik. 1 oyunda Ailton cəzalı olub deyə oynamayıb. Performansı 90 dəqiqə oynamağa çatmır. Ona görə ikinci hissə çatdırmadığı hiss olunurdu. Maksim dəfələrlə orda oynayıb. Başqa səbəb yoxdur.

- Bu gün Abdullah Zubiri hücumun arxasında oynatdınız. Bu eksperimetin effektiv alındığını düşünürsüz?

- Bu gün mövqe dəyişikliyi etmişdik. Bunu bir neçə dəfə də etmişik. Rəqiblər Zubirə qarşı çox sərt və yaxın oynayırlar. Ona sərbəstlik vermək istəyirdik. Özünü pis göstərmədi

- Müzakirə olunur ki, Rəşad Sadıqovla danışmısınız mövsümün axırı karyerasın bitirib baş məşqçiliyə başlayacaq. Yayılan xəbərlər nə dərəcədə doğrudu.

- Rəşad keçən il karyerasın bitirmək istəyirdi, amma mən qoymadım. Hətta ona iki illik müqavilə təklif etmişdik. Özü razı olmadı. Qərara gəldik ki, bu ildə oynayıb sonra bitirsin. Onu son ildə mən saxlamışam ki, davam etsin

Digər Xəbərlər
Xəbər Lenti