"Qarabağ"dan bu TRANSFER XƏBƏRİ ilə bağlı REAKSİYA

26 Yanvar 2020 20:00 Qarabağ 2 283
"Qarabağ"dan bu TRANSFER XƏBƏRİ ilə bağlı REAKSİYA

"Qarabağ" İtaliya B Seriyasından çıxış edən "Çittadella"nın forvardı Cüzeppe Paniko ilə maraqlanmır.

Bu barədə Ağdam klubundan Sportinfo.az-a məlumat verilib.

Bildirilib ki, Qurban Qurbanovun diqqətini çəkən bir neçə hücumçu var və hazırda onlarla danışıqlar davam etdirilir. Paniko isə həmin siyahıda yer almır, ümumiyyətlə, italiyalı Azərbaycan çempionuna təklif olunmayıb.

"Qarabağ"dan redaksiyamıza o da deyilib ki, baş məşqçinin bəyəndiyi legionerlər İspaniya, Portuqaliya, İsveç və digər ölkələrdə çıxış edir.

Başqa sözlə, Panikonun adı bir qrup menecer tərəfdən qəsdən ortaya atılıb və məqsəd onun transfer qiymətini qaldırmaqdır.

Bu barədə iddianın İtaliyanın tanınmış idman jurnalisti Canluka Di Martsionun saytına məxsus olmasını qeyd edək. Onun sözlərinə görə, 23 yaşlı hücumçunu B Seriyasındakı bir sıra komandalarla yanaşı, Azərbaycan çempionu da heyətinə qatmaq istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var