"Maldininin çağırışını rədd etmək mümkünsüzdür" - BEQOVİÇ

14 Yanvar 2020 17:01 Qarabağ 909
"Maldininin çağırışını rədd etmək mümkünsüzdür" - BEQOVİÇ

"Mənimlə maraqlanan klublar çox olsa da, seçim imkanım böyük deyildi. Yeganə variant İngiltərədən kənarda klub axtarmaq idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Milan"a keçən Asmir Beqoviç deyib. Klubun rəsmi saytına danışan bosniya və herseqovinalı qolkiper İtaliya təmsilçisinin İdman direktoru Paolo Maldininin təklifinə "yox" deyə bilmədiyini söyləyib:

"Bəzi təkliflərim var idi. Ancaq Pepe Reynanın "Aston Villa"ya gedişindən sonra belə bir imkan yarandı. Üstəlik, Paolo Maldininin çağırışını rədd etmək mümkünsüzdür".

"Milan"la 6 aylıq icarə müqaviləsi bağlayan Beqoviç bu kluba keçdiyi üçün sevincli olduğunu bildirib: "Belə böyük klubda çıxış edəcəyimə görə şadam. Komanda yoldaşlarımı görmək, klubun hədəflərinə çatması və uğurlar qazanmasına kömək etmək üçün səbirsizlənirəm. Yaxın günlərdə uyğunlaşma prosesini, məşqlərin necə keçdiyini görəcəyik. Düşünürəm ki, bu komandaya tez öyrəşəcəm. Mənim işim məşq etmək və çalışmaqdır".

Cari mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Beqoviç müqavilə ilə "Bornmut"a məxsusdur. 32 yaşlı qolkiperin ingilislərlə 2021-ci ilin yayına qədər sözləşməsi var.

Digər Xəbərlər
Xəbər Lenti