Mateuş Koxalskinin yay fasiləsində “Qarabağ”dan ayrılması ilə bağlı daha bir detal müəyyənləşib.
Sportinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu 26 yaşlı qolkiperi göndərmək fikrində olmayıb.
Hətta Azərbaycan klubu ona yeni müqavilə də təklif edib. Lakin Koxalski daha çox oyun şansı əldə etmək üçün ölkəsinə dönməyi qərara alıb.
Nəticədə o, “Qarabağ”dan ayrılaraq, “Vyeçista Krakov”a keçib.
Məlumatda bildirilir ki, ağdamlıların yeni müqavilə üçün təklif etdiyi məbləğ hətta daha yüksək olub. Lakin Koxalski Krakova dönməyi puldan üstün tutub.
Mateuş Koxalski 2024-2026-cı illərdə “Qarabağ”ın formasını geyinib.
