"Çempionlar Liqasında oynamaq mənim böyük arzumdur"

12 Aprel 23:20 Qarabağ 926
"Çempionlar Liqasında oynamaq mənim böyük arzumdur"

“Qarabağ”ın yarımmüdaiəçisi Patrik Andrade Bolqarıstan mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, “sportal.bg” portalına müsahibə verən kabo-verdeli bu mövsümdəki vəziyyətilə bağlı fikirlərini bildirib:

"Komanda addım-addım irəliləyir. Biz “Neftçi” və “Zirə”dən böyük fərqlə layiqincə liderlik edirik. Azarkeşlərimizin bəyəndiyi kimi, tamamilə hücum futbolu oynayırıq.

Son kubok matçında “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldik. Biz əzmlə oynayırıq və heç bir rəqibi də qiymətləndirməyə bilmərik.

Matçlara son dərəcə ciddi yanaşırıq. Avropa Liqasına gəlincə, 1/8 finalın çox dramatik cavab oyununda Leverkuzendə “Bayer”ə (2:3) uduzduq, əlavə vaxtda iki qol buraxdıq.

“Bayer” Leverkuzendə çılğın oyunda qalib gəldi, ilk görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı.

İkinci matçda iki qol şansından yararlana bilmədik və bəxt bizim tərəfimizdə deyildi. Hamımız həqiqətən çox üzüldük, amma bu futboldur.

Ümid edirəm ki, növbəti dəfə Çempionlar Liqasında oynayacağıq. Bu mənim böyük arzumdur".

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU