COP29

“Qarabağ”ın başqanı: "Çalışacağıq ki, Avropanı, UEFA-nı təəccübləndirək"

24 Fevral 00:30 Qarabağ 297
“Qarabağ”ın başqanı: "Çalışacağıq ki, Avropanı, UEFA-nı təəccübləndirək"

"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə də "Bayer"lə qarşılaşacaq.

T.Gözəl isə püşkü belə dəyərləndirib:

"Son ana qədər ümid edirdim ki, rəqibimiz "Slaviya" (Çexiya) olacaq. Ancaq "Bayer"lə qarşılaşacağıq.

"Bayer" çox güclü bir rəqibdir. Rekordlar qıran yenilməz komandadır.

Xüsusilə də bu mövsüm ən üst səviyyədə oyun nümayiş etdirirlər. Əlbəttə ki, çətin oyun olacaq.

Amma ən azından biz onları tanıyırıq və təcrübəmiz var. "Qarabağ"ın dünənki möhtəşəm qələbəsi bizi ruhlandırıb.

Güman edirəm ki, ən yüksək səviyyədə oynayacağıq. Çalışacağıq ki, Avropanı, UEFA-nı təəccübləndirək".

1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.

"Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubu Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib.

"Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"